TRACECA-nın Azərbaycan hissəsində 32,7 milyon ton yük daşınıb

2020.12.17 15:38 (UTC+04:00)

Cari ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 32,7 milyon ton, yük dövriyyəsi isə 7 milyard 731,2 milyon ton-kilometr olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 17 milyon 968,2 min tonu və ya 54,9 faizi avtomobil nəqliyyatı, 10 milyon 631,3 min tonu və ya 32,4 faizi dəmir yolu nəqliyyatı, 4 milyon 169,8 min tonu və ya 12,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 20,8 faizini və ya 6 milyon 821,8 min tonunu tranzit yüklər təşkil edib.