Delaver ştatının prokurorluğu ilkin hesablamaların nəticələrinə görə ABŞ-da prezident seçkisində qalib gəlmiş Co Baydenin oğlu Hanter Bydenin barəsində təhqiqata başlayıb. Oğul Baydenin mətbuata açıqlamasına görə, bu təhqiqat onun ödədiyi vergilərlə bağlıdır.
“Mən bu məsələyə çox ciddi yanaşıram və əminəm ki, peşəkar və obyektiv təhqiqat mənim öz işlərimi qanun və qəbul edilmiş qaydalar daxilində, həm də peşəkar vergi məsləhətçilərinin köməyi ilə apardığımı göstərəcək”, - H.Bayden qeyd edib. O, təhqiqatın başlanması haqqında məlumatın ona dekabrın 8-də çatdırıldığını deyib.
Qeyd edək ki, təhqiqat 2018-ci ildə - Co Bayden ABŞ prezidentliyinə seçilmək üçün namizədliyini irəli sürəndən bir il əvvəl başlayıb və bir sıra maliyyə məsələlərini, o cümlədən Hanter Baydenin Çin tərəfdaşları ilə sövdələşmələrini araşdırır.