On bir ayda Bakı–Tbilisi–Ceyhan kəməri ilə 25,3 milyon ton neft daşınıb

2020.12.16 16:53 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 31 milyon 943,2 min ton neft nəql olunub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 79,2 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 11 ayda bu kəmərlə 25 milyon 303,3 min ton neft nəql edilib.
Hesabat dövründə BTC ilə 3 milyon 581,2 min ton tranzit nefti də ötürülüb.