Dövlət büdcəsinin gəlirləri 22,2 milyard manat, xərcləri isə 22,1 milyard manat olub

2020.12.16 16:06 (UTC+04:00)

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, yanvar-noyabr aylarında dövlət büdcəsinin gəlirləri 22 milyard 241,1 milyon manat, xərcləri isə 22 milyard 162,7 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, büdcənin icrasında 78,4 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,1 faizi qədər profisit yaranıb.