Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

2020.12.16 15:02 (UTC+04:00)

Dekabrın 16-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101086S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 99.4974 AZN (6.49 faiz) və 99.5351 AZN (6.01 faiz) olan 26 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 895 milyon 507 min 500 manat olub.
AMB-nin qərarına əsasən, notların kəsmə və qiyməti 99.5351 AZN (6.01 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon manat təşkil edib. Notlar gələn il yanvarın 1-də ödəniləcək.