Qanunvericiliyə əsasən, 2021-ci ildən icbari tibbi sığorta haqlarının yığılmasına başlamaq nəzərdə tutulub. Bununla əlaqədar gələn ildən əməkhaqqından tutulmalar necə hesablanacaq? Suala hüquqşünas Şəhriyar Həbilov aydınlıq gətirir.
2021-ci ildən bütün ölkəmizdə əməkhaqqından tutulmalar aşağıdakı kimi olacaq:
- gəlir vergisi;
- məcburi dövlət sosial sığorta haqqı;
- işsizlikdən sığorta haqqı;
- icbari tibbi sığorta haqqı.
İcbari tibbi sığorta üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq:
- Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslərin əməkhaqqının 8000 manatdan yuxarı hissənin 0,5 faizi, 8000 manatadək hissəsinin isə 2%-i məbləğində;
- özəl sektorda çalışanların, mülki-hüquqi müqavilə əsasında çalışanların əmək haqqından 8000 manatadək hissənin 1 faizi, (2022-ci ildə 2 faiz), 8000 manatdan yuxarı hissənin 0,5 faizi məbləğində;
Beləliklə, hesablanma aşağıdakı formada aparlacaq:
1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər
1.1) əməkhaqqı 250 manat olanlar üçün nümunə
a) gəlir vergisi - tutulmur (8000 manatadək)
b) sosial sığorta haqqı - 250 manat əməkhaqqının 200 manatlıq hissəsinə görə 3 faizi (yəni 6 manat), 200 manatdan yuxarı hissə üçün isə qalan məbləğin - 50 manatın 10 faizi (yəni 5 manat). Ümumilikdə 11 manat məcburi dövlət sosial sığorta haqqı tutulur.
c) işsizlikdən sığorta haqqı - 250 manatın 0,5 faizi = 1,25 manat;
d) icbari tibbi sığorta haqqı - 1% - 2,5 manat;
250-(0+11+1,25+2,5)=250-14,75=235,25 manat.
Beləliklə, 250 manat maaş alan şəxslərin sosial ödənişləri 14,75 manat, tutulmalardan sonra alacağı məbləğ isə 235,25 manat təşkil edir.
1.2) əməkhaqqı 8000 manatdan çox olanlar üçün nümunə:
Tutaq ki, vətəndaş 8100 manat əməkhaqqı alır. Bu zaman həmin məbləğdən tutulmalar belə hesablanır:
a) gəlir vergisi - 8000 manatdan yuxarı məbləğin 14faizi:
8100-8000=100 manat
100 x 14%-i = 14 manat
b) sosial sığorta haqqı:
8100 manat - 200 manat = 7900 manat
200 x 3% = 6 manat
7900 x 10% = 790 manat
c) işsizlikdən sığorta haqqı:
8100 x 0,5% = 40,5 manat
d) icbari tibbi sığorta haqqı - 8000 manata görə 1%, 8000 manatdan yuxarı olan 100 manata görə 0,5%hesablanır:
8000 x 1% = 80 manat
100 x 0,5%= 0,5 manat
8100 - (14+790+6+40,5+80 +0,5) = 8100 – 931 = 7169 manat
Beləliklə, 8100 manat maaş alan şəxsin əməkhaqqından tutulmalar 931 manat, alacağı məbləğ isə 7169 manat təşkil edir.
2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər
2.1) əməkhaqqı 250 manat olanlar üçün:
a) gəlir vergisi - 250 manatın 200 manatdan artıq hissəsi üzrə 14%
250 - 200 = 50
50 - 14% = 7 manat
b) məcburi dövlət sosial sığorta haqqı:
250 x 3% = 7,5 manat
c) işsizlikdən sığorta haqqı:
250 x 0,5%-i = 1,25 manat
d) icbari tibbi sığorta haqqı:
250 x 2% = 5 manat
250 - (7+7,5+1,25+5) = 250 – 20,75 = 229,25 manat.
Beləliklə, işçinin əməkhaqqından tutulmalar 20,75 manat, alacağı yekun məbləğ isə 229,25 manat olacaq.
2.2) əmək haqqı 2500 manatdan çox olanlar üçün:
Tutaq ki, şəxs 8100 manat əməkhaqqı alır. Bu zaman onun ödəmələri belə hesablanır:
a) gəlir vergisi:
8100 - 2500 = 5600 manat
5600 x 25% = 1400 manat
2500 x 14% = 350 manat
b) məcburi dövlət sosial sığorta haqqı:
8100 x 3% = 243 manat
c) işsizlikdən sığorta haqqı:
8100 x 0,5% = 40,5 manat
d) icbari tibbi sığorta haqqı:
8000 x 2% = 160 manat
100 x 0,5% = 0,5 manat
8100 - (350+1400+243+40,5+160 +0,5) = 8100-2194 =5906 manat
Beləliklə, əməkhaqqından tutulmalar 2194 manat, alınacaq yekun məbləğ isə 5906 manat təşkil edir.
Fərqanə Allahverdiqızı