Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterriş ətraf mühitin çirkləndirilməsinə görə vergi ödəyicilərinə əlavə vergi yükünün qoyulması təklifi ilə çıxış edib. Onun sözlərinə görə, ətraf mühtin “karbonla çirkləndirilməsinə hesab qoymağın vaxtı çatıb”.
BMT Baş katibi iqlim dəyişikliklərinə həsr olunmuş sammitdəkiçıxışında deyib: “Qlobal iqtisadi siyasəti və maliyyə sistemini Paris sazişi və davamlı inkişaf məqsədləri ilə uyğunlaşrımaq zərurdir”. Bundan əlavə, o, iqlim dəyişikliyi ilə bağlı maliyyə riskləri barədə informasiyanın ictimaiyyət üçün açıq olmasının məcburi hala gətirilməsini təklif edib.
“Çıxarılan enerji daşıyıcıları sektorunun maliyyələşdirilməsitədricən dayandırılmalı və onun subsidiyalaşdırılmasına son qoyulmalı, yeni kömür elektrik stansiyalarının tikintisi dayandırılmalı, vergiyə gəlirlər deyil, karbon tullantıları cəlb edilməli, çirkləndiricilərə görə vergi ödəyicilərinə əlavə vergi yükü qoyulmalıdır”, - BMT Baş katibi video formatda keçirilən sammitdəbildirib.