“Azeri Light” neftinin qiyməti 51 dolları keçib

2020.12.16 11:37 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti bahalaşıb.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,09 dollar artaraq 51,44 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.