2018-ci ildə vergilər üzrə büdcəyə toplanmış vəsaitin məbləği artaraq 7 milyard 415 milyon 463 min manata çatıb. Bu, indiyədək əldə edilmiş ən yüksək göstəricidir. Vergi daxilolmalarının 25,4 faizi dövlət, 74,6 faizi isə özəl sektorun payına düşüb. Daxilolmaların strukturunda neft-qaz sektorunun payı 32,9 faiz olub.
Ötən il toplanmış vergilərin 49 faizi sənayenin payına düşüb, tikinti sektoru isə ikinci yerdə olub: ümumi daxilolmaların 12 faizi bu sahədən əldə edilib. Strukturda xidmət sektorunun payı 11,8 faiz, ticarət sektorunun payı 8,6 faiz, digər sahələrin payı isə 18,6 faiz təşkil edib. 2018-ci ildə büdcəyə ən çox mədaxil mənfəət vergisi üzrə olub – 33,7 faiz. Vergi daxilolmalarının 26,3 faizi əlavə dəyər vergisinin, 13,4 faizi fiziki şəxslərin gəlir vergisinin, 6 faizi sadələşdirilmiş verginin, 2,5 faizi isə əmlak vergisinin payına düşüb. Qalan 5,2 faizi digər daxilolmalar təşkil edib.