Gələn il qlobal neft tələbatı 6,2 faiz artacaq

2020.12.15 16:18 (UTC+04:00)

Cari ildə qlobal neft tələbatının əvvəlki ilə görə 8 milyon 800 min barrel (8,8 faiz) azalaraq sutkada 91 milyon 200 min barrel olacağı nəzərdə tutulur.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
IEA-ya görə, gələn il isə neft tələbatının orta hesabla 5 milyon 700 min barrel (6,2 faiz) artaraq gündəlik 96 milyon 900 min barrelə çatması gözlənilir.
2021-ci ildə tələbatın 35 milyon 900 min barreli Asiya-Sakit Okean bölgəsində, 30 milyon 100 min barreli Amerika qitəsində, 14 milyon 100 min barreli Avropada formalaşacaq.