ABŞ və OECD-də yanacağa tələbatın azalması qlobal enerji tələbatına aşağı istiqamətli təzyiq göstərib

2020.12.15 13:31 (UTC+04:00)

Cari ilin üçüncü rübündə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində gözləniləndən daha zəif olan iqtisadi məlumatlar, xüsusilə ABŞ və OECD ölkələrində yanacağa tələbatın azalması qlobal enerji tələbatına aşağı istiqamətli təzyiq göstərib.
Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir.
Bildirilir ki, Çin və Hindistanda bəzi sektorlarda müsbət məlumatların təsiri ilə neft tələbatının bərpa dövrünə qədəm qoyması nəticəsində qlobal neft tələbatına dair proqnozlar yuxarı istiqamətli dəyişdirilib. Xüsusilə OECD ölkələrində və Çində iqtisadi fəaliyyətlərdə gözlənilən sürətlənmə ilə yanaşı, sənaye yanacağına olan tələbatın artmasının bu yaxşılaşmaya kömək edəcəyi proqnozlaşdırılır.