Keçən ay qlobal neft tədarükü sutkada 1,6 milyon barrel artıb

2020.12.15 11:35 (UTC+04:00)

Noyabrda qlobal neft tədarükü oktyabr ayı ilə müqayisədə 1 milyon 620 min barrel artaraq gündəlik 92 milyon 530 min barrel olub. Bu rəqəm ötən ilin sutkalıq hasilat göstəricisindən təxminən 8,8 milyon barrel azdır.
Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir.
Bildirilir ki, keçən ay qeyri-OPEC ölkələrinin neft istehsalı isə 910 min barrel çoxalaraq sutkada 67 milyon 420 min barrel təşkil edib.