Federal Vergi Xidməti (FVX) bu ilin yekunları üzrə fiziki şəxslərin gəlir vergisində 2019-cu ilin göstəriciləri ilə müqayisədə 5-6% artım olacacağını proqnozlaşdırır.
Koronavirus pandemiyası ilə əlaqədar hökm sürən böhran şəraitində vergi yığımında artıma nail olunmasını FVX əmək bazarının “ağardılması” və dövlətin “ağ biznesi” pandemiya dövründə dəstəkləməsi istiqamətində görülən tədbirlərlə əlaqələndirir.
Fiziki şəxslərin gəlir vergisində artım həm də nominal əməkhaqqının artım göstəricisidir. Rusiyada aparılmış sosial sorğunun yekunlarına əsasən, məşğul əhalinin 28 faizi “kölgə sektoru”nda çalışır və onlar dövlət dəstəyindən faydalanabilməyiblər. Rəyi soruşulanların yarıdan çoxu il ərzində maddi vəziyyətinin pisləşdiyini bildirib.