"İqtisadi zona" proqramının 17 fevral 2019-cu il tarixli buraxılışı Video

2019.02.21 17:33 (UTC+04:00)

ATV ilə Vergilər Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" proqramının növbəti buraxılışında həftənin iqtisadi mənzərəsi, ölkə Prezidentinin sərəncamı ilə minimum aylıq əməkhaqqının artırılması, Vergi Məcəlləsində edilmiş son dəyişikliyə əsasən ƏDV-nin bir hissəsinin istehlakçıya qaytarılması mexanizmi, Vergilər Nazirliyinin geniştərkibli kollegiya iclası, kredit risklərinin idarə olunmasının yeni qaydaları barədə süjetlər təqdim edilib.

Proqramın qonağı – Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovla söhbətin mövzusu tələbələrin təqaüdünün artırılması ilə bağlı dövlət başçısının sərəncamı və təhsilin inkişafına dövlət dəstəyi ilə bağlıdır.