KOBİA işğaldan azad olunan ərazilərdə biznes qurmaq istəyən sahibkarlara müraciət edib

2020.12.14 12:24 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) işğaldan azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarlara müraciət edib.
KOBİA-dan bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, Müzəffər Azərbaycan Ordusunun sücaəti nəticəsində işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlar biznes layihələrini agentliyə təqdim edə bilərlər.
Agentliyə müraciət edən sahibkarlara işğaldan azad olunmuş ərazilərin iqtisadi və investisiya potensialına dair informasiya, məsləhət, əlaqələndirmə və digər dəstək və xidmətlər göstəriləcək.
İşğaldan azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarlar müvafiq formanı (https://bit.ly/37dIt12) doldurmaqla KOBİA-ya (“ayaz.adilov@smb.gov.az”) təqdim etməlidirlər.
Əlavə məlumat üçün: (+994) 50 551 52 53(+994) 55 500 12 30, Ayaz Ədilov.