Əsas kapitala yönəldilmiş vəsaitlərin 62,6 faizi tikinti-quraşdırma işlərinə sərf olunub

2020.12.11 15:02 (UTC+04:00)

Cari ilin yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 8 milyard 130,5 milyon manatını və ya 63,9 faizini daxili vəsaitlər təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milyard 958,2 milyon manatı və ya 62,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 57,9 faiz, büdcə vəsaitləri 24,2 faiz, bank kreditləri 6,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,2 faiz, digər vəsaitlər 3,3 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,6 faiz təşkil edib.