On bir ayda istehlakçılar 1,8 milyard manatlıq avtomobil benzini və dizel yanacağı alıb

2020.12.11 14:15 (UTC+04:00)

Cari ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 869,1 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
Dövlət Statistika Komitəsindən Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz azdır.
Qeyd edək ki, təkcə noyabrda isə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 160,4 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb. Oktyabr ayında bu rəqəm 206,5 milyon manat olub.