Son illərdə aparılan islahatlar əmək münasibətlərinin rəsmiləşdirilməsinə, gizli iqtisadiyyatın qarşısının alınmasına ciddi təsir göstərir.
İqtisdaçı ekspert Elşad Məmmədov qeyd edib ki, işçi işə qəbul edilərkən onunla əmək müqaviləsinin imzalanması bütövlükdə iqtisadi inkişafa xidmət edir:“Bu, bir tərəfdən işə götürülən şəxslərin sosial müdafiəsinin gücləndirilməsini təmin edir, digər tərəfdənsə büdcə daxilolmalarının çoxalmasına,ölkəmizin iqtisadi qüdrətinin artmasına şərait yaradır”.
E.Məmmədov vurğulayıb ki, əmək münasibətlərinin müqavilələr vasitəsilə rəsmiləşdirilməsi bütövlükdə işgüzar fəallığın və əhalinin real gəlirlərinin artmasında müsbət rol oynayır. Dünya təcrübəsi də bunu deməyə əsas verir ki, bazar iqtisadiyyatı şəraitində vergi yüküilə işgüzar fəallığın təmin edilməsi arasında tarazlığın düzgün qurulması həssas məsələlərdəndir: “Ona görə də hesab edirəm ki, burada işgüzar maraqlar paralel qaydada təmin edilməlidir. Həm işəgötürənlə işçi arasında əmək müqavilələrinin bağlanması ilə bağlı tədbirlər həyata keçirilməli, həm də əmək müqavilələrinin imzalanmasına maraq yaratmaq üçünişəgötürənlər, eləcə də işə qəbul edilən şəxslər üçünmüvafiq həvəsləndirici tədbirlər görülməlidir ki, iqtisadi fəaliyyətin stimullaşdırılmasına şərait yaransın. Sosial-iqtisadi və əmək siyasəti baxımından əmək münasibətlərinin leqallaşdırılması elə aparılmalıdır ki, müqavilə imzalayan tərəflər bundan iqtisadi nöqteyi-nəzərdən zərər görməsin”.
E.Məmmədov diqqəti hazırda ölkədə karantin məhdudiyyətlərinin tətbiq edildiyinə yönəldərək qeydedib ki, dünya iqtisadiyyatındakı problemlər Azərbaycanda da işgüzar fəallığa təsirsiz ötüşmür və belə bir şəraitdə əmək münasibətlərinin rəsmiləşdirilməsi daha aktual səciyyə daşıyır.
Fərqanə Allahverdiqızı