“Brent” neftinin qiyməti son 9 ayda ilk dəfə 50 dolları ötüb

2020.12.11 10:11 (UTC+04:00)

“Brent” markalı xam neftin bir barrelinin qiyməti 50 dolları keçib.
Neft qiymətləri COVID-19-a qarşı peyvəndlə bağlı müsbət inkişafların yaratdığı nikbin gözləntilər fonunda bahalaşır.
Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 50,05 dollara, “Light” markalı xam neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 46,64 dollara satılır.