Neftin qiyməti son 9 ayın maksimum səviyyəsindədir

2020.12.10 12:33 (UTC+04:00)

Neft qiymətləri həftə ərzində aşağı düşməsinə baxmayaraq, hələ də son 9 ayın maksimum səviyyəsindədir.
ABŞ-da neft ehtiyatlarının rekord həcmdə artması fonunda COVID-19-a qarşı peyvəndlə bağlı müsbət inkişafların yaratdığı nikbin gözləntilərin təsiri ilə “qara qızıl”ın qiyməti də yüksəlir.
Ekspertlər peyvəndlə bağlı inkişafların qlobal enerji tələbatında canlanma yaradacağına ümid edirlər. Yaxın müddətdəki istehlak göstəriciləri isə gözləntilərə təzyiq göstərsə də, neftin fyuçers əyrisi investorların gələn il üçün ümidli olduqlarını göstərir.
Bazarlar investorların peyvəndin uzunmüddətli təsirlərinə diqqət yetirməsi ilə dəstəkləyici vəziyyətdədir.
Qeyd edək ki, hazırda “Brent” markalı xam neftin bir barreli Londonun ICE birjasında 48,81 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 45,59 dollara alıcı axtarır.