Kölgə iqtisadiyyatının azaldılması üzrə tədbirlərin tətbiqi müzakirə olunub

2020.12.09 17:22 (UTC+04:00)

Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.
Palatanın mətbuat xidmətindən bildirilib ki, şura üzvlərinin və komitə sədrlərinin iştirak etdiyi videokonfransda auditin innovativ inkişafının əsas istiqamətləri üzrə konsepsiyada nəzərdə tutulan tədbirlərin, kölgə iqtisadiyyatının azaldılması üzrə yol xəritəsində nəzərdə tutulan tədbirlərin tətbiqi, Azərbaycan Respublikasının ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin qüvvədəolma müddətinin başa çatması ilə əlaqədar keçiriləcək imtahanla bağlı məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.