Otuz ilə yaxın işğal altında qalan ərazilərin ölkəmizin iqtisadiyyatına vurduğu zərər 100 milyard dollardan artıq olub.
Bakı Mühəndislik Universitetinin dosenti Həzi Eynalov diqqəti uzun müddət işğal altında olan ərazilərin yerüstü və yeraltı sərvətlərindən istifadə imkanının olmadığına, mövcud geosiyasi gərginliyin ümumilikdə regionun inkişafına da mənfi təsir göstərdiyinə yönəldərək qeyd edib ki, işğaldan azad olunan ərazilərin təbii ehtiyatları, xüsusilə kənd təsərrüfatı potensialıölkəmizin iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Bu ərazilərdə kənd təsərrüfatının inkişaf potensialının qiymətləndirlməsi üçün işğaldan əvvəlki dövrdəki vəziyyətin təhlil olunmasına ehtiyac vardır. 1988-ci ildəki statusu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf rayonlar yüksək kənd təsərrüfatı göstəricilərinə malik idi. Həmin tarixdə ölkədə taxıl istehsalının 14,3 faizi, pambıq istehsalının 3,3 faizi, üzüm istehsalının 31,5 faizi, kartof istehsalının 6,3 faizi, ət istehsalının 14,5 faizi, süd istehsalının 17,1 faizi, yumurta istehsalının 3,6faizi, yun istehsalının 19,3 faizi, barama istehsalının 17 faizihəmin ərazilərin payına düşürdü. Həmin dövrdəki texnoloji və idarəetmə sistemi ilə əldə olunan bu nəticələrin günümüzdə prioritet istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyəti var.
İşğaldan əvvəlki dövrdə respublika üzrə iribuynuzlu mal-qaranın 15,1 faizi, xırdabuynuzluların isə 19,2 faizi həmin ərazilərin payına düşürüdü. İribuynuzlu heyvandarlıqda Laçın, Ağdam və Füzuli rayonlarının, xırdabuynuzlu heyvandarlıqda isə Laçın, Ağdam, Kəlbəcər, Füzuli və Cərbayıl rayonlarının göstəriciləri yüksək idi. Qeyd olunan göstəricilərlə yanaşı, işöaldan azad edilən ərazilərin relyefi, iqlim şərtləri və digər təbii imkanları nəzərə alınmaqla Dağlıq Qarabağ və ətraf rayonlarda kənd təsərrüfatının prioritet istiqamətlərini müyyənləşdirmək mümkündür.
Məsələn, Cəbrayıl rayonunda heyvandarlıq, üzümçülük və baramaçılıq, Xocalı rayonunda kartofçuluq, üzümçülük və heyvandarlıq, Ağdam rayonunda heyvandarlıq, pambıqçılıq, taxılçılıq, Kəlbəcər rayonunda heyvandarlıq, kartofçuluq, tərəvəzçilik, meyvəçilik, Laçın rayonunda heyvandarlıq, taxılçılıq, bağçılıq, tərəvəzçilik, Qubadlı rayonundaheyvandarlıq, taxılçılıq, arıçılıq, baramaçılıq, üzümçülük, Füzuli rayonunda taxılçılıq, qoyunçuluq, bitkiçilik, Xocavənd rayonunda heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq, tərəvəzçilik, Şuşa rayonunda heyvandarlıq, meyvəçilik, quşçuluq, Zəngilan rayonunda heyvandarlıq, tütünçülük, taxılçılıq, üzümçülük, arıçılıq, baramaçılıq sahələri üzrə prioritetləri müəyyənləşdirmək mümkündür.
İşğaldan azad olunan ərazilərin inkişaf etdirilməsi üçün ilkin zəruri addımların atılmasına ehtiyac var. İlk növbədə, uzun illər istifadəsiz qalan torpaq sahələrinin yararlı hala gətirilməsi, deqradasiya proseslərinin aradan qaldırılmasına paralel olaraq meliorasiya və irriqasiya sistemlərinin qurulması olduqca zəruridir. Sonrakı mərhələdə isə torpaqların uçotu aparılmalı,kateqoriyaları hazırlanmalı, əkin, örüş və otlaq sahələri müəyyənləşdirilməlidir.
Fərqanə Allahverdiqızı