“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lə bağlı vergi ödəyicilərini maraqlandıran suallara iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.
Vergi ödəyicisinin vəzifələrindən biri də VergiMəcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirməkdir.
Bəzi vergi ödəyiclərinin bu məsələ ilə bağlı fərqli yanaşmaları var. Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq bəzi fəaliyyət növləri ilə və muzdlu işçi cəlb etmədən fərdi məşğul olan şəxslər (dərzi, ofisiant, çəkməkçi, bərbər və s.) “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla fəaliyyəti göstərməlidir.
Misal 1. Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan fərdi sahibkar “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan fəaliyyət göstərir və dövri olaraq sadələşdirilmiş vergisini bəyan edir.
Qeyd edək ki, həmin fərdi sahibkarın qəbz almadan fəaliyyət göstərməsi vergi qanunvericiliyinin tələblərinə ziddir. Vergi Məcəlləsinin 58.12-ci maddəsinə əsasən, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası hesablanır.
Misal 2. Dərzi fəaliyyətini həyata keçirən fərdi sahibkar işə əmək müqaviləsi üzrə işçi cəlb edib. Muzdli işçi cəlb etdiyi üçün həmin fərdi sahibkarın “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almaq hüququ itir.
Fəxriyyə İkramqızı