Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara müvafiq yardımlar göstəriləcək

2020.12.08 16:09 (UTC+04:00)

Koronavirus pandemiyasından zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara müvafiq yardımlar göstəriləcək.

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın dekabrın 8-də keçirilən brifinqində deyib.
“Koronavirusla bağlı qapanma, fəaliyyətin məhdudlaşdırılması tədbirlərinin sosial-iqtisadi təsirləri də var. Həmin təsirlərin qarşısının alınması üçün əvvəlki dövrlərdə olduğu kimi, xüsusi ehtiyacı olan insanlara - bu da təqribən 600 min nəfərdir ki, birdəfəlik 190 manat həcmində maliyyə yardımı göstəriləcək. Eyni zamanda, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş koronavirusla mübarizə haqqında Tədbirlər Planına uyğun olaraq zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara da müvafiq yardımlar göstəriləcək”, - deyə Ş.Mövsümov qeyd edib.