Əmanətlərin Sığortalanması Fondu: Banklarda əmanət faizləri artarsa, sığortalanma faizinə yenidən baxmaq olar

2020.12.08 13:49 (UTC+04:00)

Hazırda Azərbaycan banklarında xarici valyuta ilə yerləşdirilən əmanətlərin illik faiz dərəcəsi 1-1,5 faiz civarındadır.
Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev dekabrın 8-də keçirdiyi mətbuat konfransında deyib.
T.Piriyev qeyd edib ki, ADIF illik 2,5 faizədək gəlirliliklə qəbul edilən əmanətləri sığortalayır. Banklarda əmanət faizləri artarsa, o zaman sığortalanma faizinə yenidən baxmaq olar. Əmanətlərin sığortalanma faizinin artırılması ADIF-in Himayəçilik Şurasının gündəmində deyil.