İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə 4-5 dekabr tarixlərində keçirdiyi monitorinqlər zamanı Suraxanı rayonunda “Bizim market”də, Xəqani Nadirova məxsus “İnşaat materialları” mağazasında, Xətai rayonunda “Oba market”də, “Eko Mart mağaza”da, Səbail rayonunda "Bazarstore" MMC-yə məxsus “Ərzaq mağazası”nda, Samir Mirzəyevə məxsus ticarət obyektində, Binəqədi rayonunda Möhbalı Şahverdiyevə, Rima Məmmədovaya, Vüqar İslamova məxsus pərakəndə ticarət obyektlərində, Nəsimi rayonunda Əlixan Nəcəfova məxsus “Quru meyvələrin satışı” mağazasında, Qaradağ rayonunda“Uluxanlı market”də, Sabunçu rayonunda “Rahat Zabrat supermarket”də, “Aysel parfümeriya” mağazasında, Nərimanov rayonunda “Göktaş membran mətbəx qapıları mağazası”nda, Saday Alışova məxsus tikinti materialları mağazasında, "Zeytun Pharmaceuticals" MMC-yə məxsus “Ozon aptek”də, Yasamal rayonunda “Medical house” MMC-yə məxsus “Stomatoloji klinika”da, “Qlükozafarm” MMC-yə məxsus “Aptek”də, Nizami rayonunda Firidun Axundova məxsus “Telefon dükanı”nda, “Dokta” MMC-yə məxsus “Elit aptek”də, ümumilikdə monitorinq aparılmış 745 obyektin 26-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.