Yeni Zelandiyada internet nəhənglərindən tutulan vergi artırılacaq

2019.02.21 11:16 (UTC+04:00)

Hökumət "Google" və "Facebook" kimi transmilli texnologiya şirkətlərindən tutulan verginin dərəcəsini artırmaq məsələsini gündəliyə gətirib. Baş nazir Casid Ardenin sözlərinə görə, hazırda qüvvədə olan vergi sistemi ədalətli deyil. Çünki internet üzərindən fəaliyyət göstərən transmilli şirkətlər Yeni Zelandiyada böyük qazanclar əldə etdikləri halda, ölkə büdcəsinə son dərəcə az vergi ödəyirlər. Bununla bağlı olaraq, hökumət informasiya texnologiyaları şirkətlərinin bu ölkədə əldə etdikləri gəlirlərin 2-3 faizi qədər vergiyə cəlb olunmasını təklif edib. Qeyd edək ki, hazırda dünyanın bir çox digər ölkələrində də bu sahədə oxşar dərəcələrlə vergi tətbiqi məsələsi müzakirə edilir.

Yeni Zelandiyada hazırda hökumət və parlament səviyyəsində müzakirə olunan yeni verginin 2020-ci ildən tətbiq ediləcəyi gözlənilir.