Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

2020.12.07 13:19 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
AMB-dən bildirilib ki, dekabrın 7-də Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 533,5 milyon manat, hərracın nəticəsində cəlb edilmiş vəsaitlərin həcmi 100 milyon manat, bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01 faiz təşkil edib.