Yaponiya parlamenti Böyük Britaniya ilə sərbəst ticarət sazişini təsdiqləyib

2020.12.07 12:38 (UTC+04:00)

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasından sonra Yaponiya ilə bu ölkə arasında iqtisadi münasibətlərin gələcəyini müəyyənləşdirən mühüm bir addım atılıb. Sentyabr ayında imzalanmış sərbəst ticarət sazişi artıq Yaponiyanın Milli Məclisi tərəfindən təsdiqlənib və sənədin bu ay Britaniya parlamentindən də keçəcəyi gözlənilir. Beləliklə, sərbəst ticarət sazişi gələn ilin əvvəlindən qüvvəyə minəcək.

Yaponiya-Aİ sazişində olduğu kimi Yaponiya-Böyük Britaniya sazişində də avtomobil, dəmiryolu nəqliyyatı vasitələri, avtomobil ehtiyat hissələri kimi məhsullarda qarşılıqlı vergi güzəştləri təmin olunacaq. Bundan əlavə, saziş çərçivəsində Yaponiyanın Britaniya kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi vergilərin mövcud Aİ sazişi ilə eyni səvviyədə saxlanılacağı bildirilib.