İdxal olunmuş kənd təsərrüfatı məhsullarının bazarlarda səyyar satışı qaydası

2020.12.11 11:17 (UTC+04:00)

Vergi Məcəlləsinə əsasən, idxal olunmuş kənd təsərrüfatı məhsullarının bazarlarda səyyar satışı necə rəsmiləşdirilir?
Dövlət Vergi Xidmətindən bildirilib ki, kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı fəaliyyəti nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməli olmayan fəaliyyət növlərinə aid edilib. Belə fəaliyyətlə məşğul olan vergiödəyicisi nağd hesablaşmalarını forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ilkin uçot sənədi hesab edilən ciddi hesabat blankları ilə rəsmiləşdirməlidir.
Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən, məhsulların yerli istehsal və ya idxal olunmuş məhsul olması şərtləndirilmir.