Sığortaçılar Assosiasiyası yeni layihəyə başlayıb

2020.12.04 16:06 (UTC+04:00)

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ölkədə sığorta savadlılığının artırılması məqsədilə yeni layihəyə başlayıb.
ASA-dan bildirilib ki, videolayihənin məqsədi ölkədəki mövcud və potensial sığortalıların məlumatlılığının təmin olunması və sığortada istehlakçı hüquqlarının qorunmasıdır. Videolayihədə hər dəfə bir sığorta şirkətinin hər hansı bir növ üzrə sığorta hadisəsi ilə üzləşmiş müştərisi müəyyən olunur, problem araşdırılır, sığortalı ilə sığortaçı arasında uzlaşma təmin edilir. Bütün bu proseslər videoçəkilişlə qeydə alınıb izləyicilərə təqdim olunur ki, bu da buna bənzər hadisələrlə qarşılaşan digər sığortalıların maarifləndirilməsi və məlumatlandırılması üçün əhəmiyyətlidir. Videolayihə üzrə hazırlanmış maarifləndirici çarxlar Azərbaycan Sığortaçılar Assosiasiyasının rəsmi “YouTube” səhifəsində mütəmadi olaraq yayımlanacaq. Layihə çərçivəsində təqdim olunan ilk videoçarxı bu linkdən izləmək olar: https://www.youtube.com/watch?v=Sf3Rzikul9Y