OECD: üzv ölkələrdə vergi daxilolmaları kəskin şəkildə azalacaq

2020.12.05 16:43 (UTC+04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) bu quruma üzv olan ölkələrdə koronavirus pandemiyasında əvvəl də vergi daxilolmalarının aşağı düşdüyünü xatırladaraq bu il vergi daxilolmalarında daha böyük azalmanın olacağı barədə xəbərdarlıq edib.

OECD-nin 2020-ci ildə nəşr etdiyi növbəti “Gəlirlərə dair statistika” hesabatında OECD ölkələrinin vergi gəlirlərinin son on ildə ilk dəfə 2019-cu ildə azaldığı vurğulanıb.

COVİD-19 pandemiyasının iqtisadi fəaliyyətləri və istehlak vergisi daxilolmalarını azaltdığına diqqət yönəldilən hesabatda bu tendensiyanın 2020-ci ildə daha da güclənəcəyi bildirilib.

OECD-yə üzv ölkələrin orta vergi gəlirlərinin ümumi daxili məhsula (ÜDM) nisbətdə 2018-ci ildə 33,9 faiz olduğu, 2019-cu ildə isə bu göstəricinin 0,1 faiz azalma ilə 33,8-ə düşdüyü bildirilib.

Keçən il vergi daxilolmalarının ÜDM-də nisbətinin ən yüksək olduğu ölkə Danimarka (46,3 faiz), ən aşağı olduğu ölkə isə Meksika (16,5 faiz) olub.

Bu nisbət Almaniyada 38,8 faiz, Fransada 45,4 faiz, Türkiyədə isə 23,1 faiz olub.