Azərbaycan neftinin bir barreli 49,48 dollara satılır

2020.12.04 12:07 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti bahalaşır.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,60 dollar artaraq 49,48 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.