Səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yerdədir.
Bu barədə şirkətin 2019-cu ilə dair “Davamlı inkişaf üzrə illik hesabat”ında deyilir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, hazırda SOCAR-ın mədən ərazilərində neft və neft məhsulları ilə çirklənmiş, lay suları altında qalmış sahələrin təmizlənməsi və landşaft-arxitektura planına uyğun bərpası işləri davam etdirilir. 2019-cu ildə 130 hektar çirklənmiş ərazi rekultivasiya edilib. 2008-ci ildən Dünya Bankının GGFR təşkilatının Rəhbər Komitəsinin üzvü olan SOCAR tərəfindən 20 ildən çox müddətdə atmosferə atılan 1 milyard kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib. Neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur.