2025-ci ilin sonunadək qeyri-neft ixracı iki dəfə artacaq

2020.12.02 16:14 (UTC+04:00)

2025-ci ilin sonunadək Azərbaycanda qeyri-neft ixracının iki dəfə artaraq 3,6 milyard dollar olacağı proqnozlaşdırılır.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev dekabrın 2-də onlayn B2G forumunda deyib.
Y.Abdullayev bildirib ki, bu ilin sonuna qeyri-neft ixracının ötən illə müqayisədə 7,5-8 faiz azalaraq 1,85 milyard dollar təşkil edəcəyi gözlənilir. Milli İxrac Strategiyası çərçivəsində məqsəd 2025-ci ilin sonunadək qeyri-neft ixracını iki dəfəyədək artırmaqdır.