Oktyabrda qeyri-neft-qaz məhsulları üzrə ən çox məhsul Rusiyaya ixrac olunub

2020.12.02 14:37 (UTC+04:00)

Oktyabrda qeyri-neft-qaz məhsulları üzrə ən çox məhsul Rusiyaya (64,7 milyon ABŞ dolları), Türkiyəyə (33,5 milyon dollar), İsveçrəyə (10,7 milyon dollar), Gürcüstana (9,5 milyon dollar) və ABŞ-a (5,4 milyon dollar) ixrac edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayına istinadla xəbər verir ki, oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (19,7 milyon dollar) birinci, qabığı təmizlənmiş meşə fındığı (17 milyon dollar) ikinci, sair təzə meyvələr (13,6 milyon dollar) üçüncü yerdə qərarlaşıb.