Birbaşa xarici investisiyaların təşviqinə dair strategiya hazırlanır

2020.12.02 14:24 (UTC+04:00)

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə birbaşa xarici investisiyaların təşviqinə dair 2020-2025-ci illəri əhatə edən strategiya hazırlanır və sənəd yaxın vaxtlarda təqdim olunacaq.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev dekabrın 2-də onlayn B2G forumunda deyib.
O qeyd edib ki, strategiyada bir sıra sahələrə, o cümlədən alternativ enerji, logistika, nəqliyyat, qida sənayesi, kənd təsərrüfatı, yüngül sənaye və informasiya texnologiyaları sahələrinə xarici investisiyaların təşviqi önəmli yer tutur.