On ayda 628,4 milyon manatadək sığorta haqqı toplanıb

2020.12.02 14:01 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 22 sığorta şirkəti tərəfindən 628 milyon 374 min manat sığorta haqqı toplanıb.
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir ki, 10 ayda sığorta şirkətləri tərəfindən 350 milyon 35 min manat həcmində ödəniş həyata keçirilib.