Neft Fondu cari ildə “Azəri-Çıraq-Günəşli” layihəsindən 3,3 milyard dollar qazanıb

2020.12.02 13:29 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilin əvvəlindən dekabrın 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 3 milyard 336 milyon ABŞ dolları gəlir əldə edib.
Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.