Oktyabrda əcnəbilər ölkəmizdə bank kartları ilə 25 milyon manatlıq əməliyyatlar aparıblar

2020.12.02 12:30 (UTC+04:00)

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 10 ayda Azərbaycana 155 ölkədən 720,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-oktyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olub və səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.