Noyabrda “Bir Pəncərə” mərkəzi ilə 16,7 milyon dollarlıq qeyri-neft ixracı həyata keçirilib

2020.12.02 11:57 (UTC+04:00)

Cari ilin noyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 16,7 milyon ABŞ dolları olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayına istinadla xəbər verir ki, yanvar-oktyabr aylarında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 165,3 milyon dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib.