Nazirliyin noyabrın 30-da keçirdiyi monitorinqlər zamanıYasamal rayonunda “Bizim market”də, Nazim Ağakişiyevə məxsus ərzaq mağazasında, Səbail rayonunda “Ef market”də, “Nə alsan 1 manat” pərakəndə ticarət obyektində, Binəqədi rayonunda “İqlim mağazası”nda, Mirələm Quliyevə, Məhəmməd Məmmədova məxsus pərakəndə ticarət obyektlərində, Suraxanı rayonunda “Araz supermarket Qaraçuxur-2”də, Nəsimi rayonundaHüseynqulu Əsgərova məxsus mağazada, Sabunçu rayonunda Asif Mustafayevə məxsus dülgər sexində, Nizami rayonunda “Bazarstore”da, Xətai rayonunda Əmrah İsmayılova məxsus “İnşaat materialları mağazası”nda, Zöhrab İbrahimova məxsus geyim mağazasında, Nərimanov rayonunda Elşən Tağıyevə, Elçin Həbibova məxsus pərakəndə ticarət obyektlrində, ümumilikdə 15 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.