İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2020.12.01 16:38 (UTC+04:00)

Dekabrın 1-də Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zəmanət Fondu” ASC-nin AZ2050008682 ISIN kodlu, 50 milyon manat həcmində, 7920 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən bildirilib ki, sifarişlərin nominal qiymətlə məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 50 milyon manat təşkil edib. İstiqrazlar 2042-ci il avqustun 8-də ödəniləcək.