OPEC Konfransının prezidenti: Bu ildə qlobal neft tələbatının sutkada 9,8 milyon barrel azalacağı gözlənilir

2020.12.01 15:50 (UTC+04:00)

2020-ci ildə qlobal neft tələbatının sutkada 9,8 milyon barrel azalacağı gözlənilir.
Bu sözləri Əlcəzairin energetika naziri, OPEC Konfransının prezidenti Abdelmadjid Attar OPEC Nazirlər Şurasının videokonfrans formatında keçirilən 180-ci iclasında deyib.
O bildirib ki, cari il COVID-19 pandemiyasının dramatik şəkildə insan tələfatları və dolanışıqların pisləşməsinə səbəb olduğu böyük çətinliklərlə dolu il kimi qalmaqda davam edir. Pandemiya qlobal iqtisadiyyata və nəticədə dünya enerji bazarlarına görünməmiş şəkildə mənfi təsir göstərir. Neft sənayesindəki şoklar çox böyükdür və bunun ciddi təsirləri gələcək illərdə hiss ediləcək. Pandemiyanın ikinci dalğası və bununla əlaqədar karantin tədbirləri qlobal neft tələbatına mənfi təsir göstərir, nəticədə 2020-ci il üzrə neft tələbatının təxminən gündəlik 9,8 milyon barrel azalacağı gözlənilir. Son günlərdə müxtəlif əczaçılıq şirkətləri təhlükəsiz və təsirli COVID-19 peyvəndinin hazırlanmasında və təsdiqlənməsində müsbət addımlar atdıqları üçün neft bazarı buna müsbət reaksiya göstərib.