İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir.
27-28 noyabr tarixlərində keçirilən nəzarət tədbirləri zamanıQaradağ rayonunda Elçin Məmmədova məxsus qab-qacaq mağazasında, Binəqədi rayonunda Vasif Əliyevə məxsus şirniyyat mağazasında, "Nur ST" MMC-yə məxsus “Diş klinikası”nda, Ayxan Rüstəmova məxsus “Azoro qrup avtoyuma” xidmət obyektində, Nəsimi rayonunda “LC Waikiki geyim mağazası”nda, “Spar market”də, Səbail rayonunda "Miniso CO" MMC-yə məxsus “Mağaza”da, Xəzər rayonunda Əhmədağa Xəlilova məxsus “Qarışıq mallar mağazası”nda, Suraxanı rayonunda “Rahat Yeni Günəşli” mağazasında, Zabitə Mirzəyevaya məxsus pərakəndə ticarət obyektində, Xətai rayonunda “Bizim market”də, “Avromart Əhmədli” mağazasında,“Kontakt home mağaza”da, Mehman Əliyevə məxsus “Avto ehtiyat hissələri mağazası”nda, Nizami rayonunda "Baby mall mağaza”da, “Təndir dəyirman un məmulatlarının satışı” obyektində, Nərimanov rayonunda“Oba market”də, "FAB tikinti materialları” mağazasında, “İdeal” ticarət obyektində, “Murad-Farm” MMC-yə məxsus “Aptek”də, Yasamal rayonunda "ABC-Telecom" MMC-yə məxsus “Mağaza”da, Sabunçu rayonunda “Can market”də, Xəzər rayonunda Denis Aslanova məxsus “Gəncə təndiri” ticarət obyektində, ümumilikdə 28 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinə əmək edilmədiyi müəyyən olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.