Azərbaycan 10 ayda ən çox İtaliyaya məhsul göndərib

2020.11.30 14:55 (UTC+04:00)

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, 10 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Rusiya qərarlaşıb. İtaliyaya ixrac 3 milyard 880,1 milyon ABŞ dolları, Türkiyəyə 2 milyard 319,7 milyon dollar, Rusiyaya isə 565,5 milyon dollar dəyərində olub.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında da ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya qərarlaşıb. İtaliya ilə ticarət dövriyyəsi 4 milyard 221,2 milyon dollar, Türkiyə ilə 3 milyard 591,6 milyon dollar, Rusiya ilə 2 milyard 194,9 milyon dollar təşkil edib.