Pandemiya şəraitinin qayda və tələblərinə əməl olunması zəruridir

2020.11.27 18:20 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə noyabrın 26-da keçirdiyi monitorinqlər zamanı Binəqədi rayonunda “Ziya təkər evi” ticarət obyektində, Emin Əliyarova məxsus mebel sexində, “AMEX” MMC-nin ofisində, Nərimanmov rayonunda “Albero concept” MMC-yə məxsus mebel mağazasında, Nəsimi rayonunda "Dynamex express” MMC-də, "Best brands group MA" MMC-yə məxsus “LC Waikiki geyim mağazası”nda, Sabunçu rayonunda Miri İbrahimova məxsus “Şüşə kəsim sexi”ndə, Suraxanı rayonunda Əvəz Baxşalıyevə məxsus “Tikinti malları” mağazasında, Xətai rayonunda “Rahat market Babək”də, Cahangir Quliyevə məxsus mağazada, Xəzər rayonundaPirəli Məmmədova məxsus tikinti malları mağazasında, Yasamal rayonunda Günay Bayramovaya məxsus pərdə mağazasında, Ümid Həsənliyə məxsus pərakəndə ticarət obyektində, ümumilikdə 13 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.