Cari ildə hava nəqliyyatı ilə ixrac edilən yüklərin həcmi azalıb

2020.11.27 16:26 (UTC+04:00)

Yanvar-oktyabr aylarında hava nəqliyyatı ilə 43 min 639 ton yük ixrac olunub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yüklərin həcmində keçən ilin müvafiq dövrünə nisbətən 18 min 61 ton azalma olub. Belə ki, 2019-cu ilin 10 ayında hava nəqliyyatı ilə 61 min 700 ton yük göndərilmişdi.
Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi isə cari ilin yanvar-oktyabr aylarında 8818 ton təşkil edib.