On ayda dəniz nəqliyyatı ilə 768,4 min ton yük daşınıb

2020.11.27 15:35 (UTC+04:00)

Yanvar-oktyabr aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 768,4 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 494,8 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 10 ayda dəniz nəqliyyatı ilə ixrac olunan 227,3 min ton yükün dəyəri 72,5 milyon dollar təşkil edib.
Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 541 min tondan çox, dəyəri isə 422,2 milyon dollar olub.