Azərbaycan nefti 48,28 dollara satılır

2020.11.27 10:53 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar ucuzlaşaraq 48,28 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.